Toz dumanı müşahidə olunur

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin 9 mart 2020-ci il tarixində Bakı və Abşeron yarımadasının atmosfer havasında apardıqları monitorinqlərlərin nəticələrinə görə havada toz-duman müşahidə edilir və tozun miqdarı sanitar normadan 3-4 dəfə çoxdur.
Tozlu hava şəraitinin mart ayının 11-i gündüz saatlarına kimi müşahidə olunacağı gözlənilir.
Mütəxəssislərin rəyinə görə, Abşeron yarımadasında toz-dumana səbəb, arabir güclənən cənub şərq küləyi nəticəsində tozun atmosferin yuxarı qatına qalxması və nisbi rütubətin yüksək olmasıdır.



Xəbərlər  Tarix:   10 Mart 2020 / 12:16


« Əvvəlki xəbər (3771 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR