Dərbənddə “Eşqin tikan dairəsi” tamaşası nümayiş olunub

Dərbənddə “Eşqin tikan dairəsi” tamaşası nümayiş olunub
51
10.03.2020
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Dərbənddə şair-dramaturq İftixar Piriyevin “Eşqin tikan dairəsi” əsəri əsasında hazırlanan tamaşanı təqdim edib.
Layihə dövlətlərarası mədəni əlaqələrin inkişafı və təbliğ edilməsi üçün C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı və Dərbənd Dövlət Azərbaycan Dram Teatrı arasında bağlanan memoranduma əsasən həyata keçirilib.
Dərbənd Dövlət Azərbaycan Dram Teatrında nümayiş olunan tamaşanın quruluşçu rejissoru və quruluşçu rəssamı Əməkdar artist Sərvər Əliyev, musiqi tərtibatçısı Nicat Mirzəzadədir. Rollarda İrəvan Teatrının aktyorları Pərvin Dadaşova, Anar Buludov, Dərbənd Teatrının aktyorları Dağıstanın Əməkdar artistləri Məhərrəm Ömərov, Mahir Məlikov və Rahilə Ömərova çıxış ediblər.
Səhnə əsərinin nümayişindən sonra Dağıstan Respublikası Mədəniyyət nazirinin müavini Murad Hacıyev və Dağıstan Dövlət Rus Dram Teatrının bədii rəhbəri və Kumuk Dram Teatrının direktoru, Rusiyanın Əməkdar incəsənət xadimi Skandarbek Tulparov çıxış edərək tamaşa haqqında fikirlərini bölüşüb və səhnə əsərinin yaradıcı heyətinə uğurlar arzulayıblar.



Xəbərlər  Tarix:   10 Mart 2020 / 12:45


« Əvvəlki xəbər (3759 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR