Psixonevroloji sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılır

Xəbərlər
Psixonevroloji sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılır
10.03.2020 12:33
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ölkədə reabilitasiya infrastrukturu ilə yanaşı, sosial xidmət müəssisələrinin də müasir tələblərə uyğun qurulması əsas fəaliyyət istiqamətlərindən biridir.
Bu məqsədlə ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gəncə şəhər Pensiyacıların Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Hazırda isə Nazirliyin Şamaxı və Göygöl rayonlarındakı Psixonevroloji Sosial Xidmət Müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılır.
Hər iki müəssisədə müvafiq kateqoriyadan olan əlilliyi olan şəxslərin stasionar şəraitdə reabilitasiya və abilitasiya yönümlü sosial-məişət xidmətləri ilə təminatı üçün müasir şərait yaradılacaq.
Cari il ərzində həmin sosial obyektlərin istifadəyə verilməsi planlaşdırılır.



Xəbərlər  Tarix:   10 Mart 2020 / 13:53


« Əvvəlki xəbər (1422 / 4959) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR