11 mart 2020-ci il saat 13:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Zaqatala rayonunun Qalal kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları, həmçinin Rayon İcra Hakimiyyətinin yerli qüvvələri cəlb edilib.
İlkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə 3 ha sahədə quru ot və kol-kos yanır.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.



Xəbərlər  Tarix:   11 Mart 2020 / 15:15


« Əvvəlki xəbər (1409 / 4957) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR