“Aqrar İnkişaf Könüllüləri” və “Keçi Təsərrüfatçıları” İctimai Birliyi əməkdaşlıq haqqında memorandum imzalayıb

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı və “Keçi Təsərrüfatçıları” İctimai Birliyi birgə əməkdaşlıq haqqında memorandum imzalayıb.
Memorandumda ölkəmizdə heyvandarlığın inkişafı istiqamətində yeni birgə layihələrin icrası ilə bağlı tədbirlər öz əksini tapıb.
Əldə olunan razılığa əsasən, tərəflər ölkəmizdə ərzaq təhlükəsizliyinin gücləndirilməsi, heyvandarlığın, xüsusilə intensiv heyvandarlığın inkişafı istiqamətində birgə tədbirlər həyata keçirəcək. “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının üzvləri fermerlərin maarifləndirilməsi məqsədilə təlim-seminarların təşkili, onların innovativ təcrübələrlə tanış olması ilə bağlı “Keçi Təsərrüfatçıları” İctimai Birliyinə köməklik göstərəcək.
Tədbirdə çıxış edən “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Kamran Əliyev və “Keçi Təsərrüfatçıları” İctimai Birliyinin sədri Elşən Süleymanov təmsil etdikləri təşkilatların fəaliyyəti və gələcək planları barədə məlumat veriblər.
Kamran Əliyev qeyd edib ki, ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Bildirib ki, həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən böyük dəstək tədbirləri həyata keçirilir.
Bu ilin “Könüllülər ili” elan olunduğunu xatırladan “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri vurğulayıb ki, aqrar sahədə ixtisaslaşmış gənc kadrların formalaşdırılması ilə bağlı müxtəlif layihələrin icrası nəzərdə tutulur.



Xəbərlər  Tarix:   12 Mart 2020 / 19:42


« Əvvəlki xəbər (1769 / 5352) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR