Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən Gilas bitkisi adlı yeni kitab nəşr olunub

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun "Gilas bitkisi" adlı yeni kitabı nəşr edilib.
Kitabda Azərbaycanda becərilən əsas gilas sortları, gilas bağlarının salınması, gilas bitkisinin öyrənilmə tarixi, botaniki xarakteristikası, mövsümü aqrotexniki qulluq qaydaları, xəstəlikləri, zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri haqqında məlumatlar yer alıb.
Kitab gilas istehsalı ilə məşğul olan fermer və sahibkarlar, həvəskar bağbanlar üçün nəzərdə tutulub. Kitabdan, həmçinin meyvəçilik sahəsində çalışan mütəxəssislər və ali məktəb tələbələri də istifadə edə bilər.



Xəbərlər  Tarix:   12 Mart 2020 / 18:46


« Əvvəlki xəbər (3708 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR