İstirahət günlərində gözlənilən hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Böyük və Kiçik Qafqazda hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti olacaq.
Lənkəran-Astara zonasında martın 14-də gecə və səhər, 15-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 12-17, dağlarda gecə 4-6, gündüz 10-15 dərəcə isti olacaq.
Qazax-Gəncə zonasında bəzi yerlərdə yağış yağacağı, martın 15-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, martın 14-də arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq.
Mərkəzi aran rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin martın 14-də bəzi qərb rayonlarında yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, martın 14-də arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 14-19 dərəcə isti olacaq.
Naxçıvan MR-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, martın 14-də arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.
Paytaxtda isə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək, martın 15-də şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9, gündüz 14-17 dərəcə isti olacaq.



Xəbərlər  Tarix:   14 Mart 2020 / 19:43


« Əvvəlki xəbər (1322 / 4932) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Neft 1%-dək bahalaşıb
14 İyun 2021 / 16:45