Azad Rəhimov vətəndaşlarla görüşdü

13 mart 2020-ci il tarixdə Gənclər və İdman naziri Azad Rəhimov Şirvan şəhərində Şirvan, Hacıqabul şəhər və rayonundan olan vətəndaşları qəbul edib. Qəbulda 12-dən çox vətəndaş iştirak edib.
Vətəndaşlar “Gənclər evi”nin tikintisi, idman obyektlərinə idman avadanlıqlarının verilməsi, iş ilə təmin olunma, 2 nəfər fəxri adların və məşqçilik dərəcələrinin verilməsi, müxtəlif idman qurğularının tikintisi ilə bağlı müraciət ediblər.
Müraciətlərin bir qismi yerindəcə həll edilmiş, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Bir qismi isə baxılması üçün icraya yönəldilib.



Xəbərlər  Tarix:   14 Mart 2020 / 18:56


« Əvvəlki xəbər (3680 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR