Məktəb seçiminə start verilir

2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Birinci sinfə qəbul üçün Azərbaycan bölməsi üzrə elektron qeydiyyatdan keçmiş valideynlər bu gün saat 11:00-dan etibarən məktəb seçimini həyata keçirə bilərlər. Tədris digər dildə aparılan bölmə üzrə məktəb seçiminə isə 1 may tarixindən başlanılacaq.
Qeyd edək ki, birinci sinfə qəbul prosesi 14 sentyabr 2020-ci il tarixədək davam edəcək. Elektron qeydiyyat zamanı çətinlik çəkən valideynlər müvafiq Alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər.



Xəbərlər  Tarix:   14 Mart 2020 / 20:13


« Əvvəlki xəbər (1684 / 5306) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR