Səhnəmizin Rafaeli .....

Bu gün Uğur Media olaraq bir xəbərə çox üzüldüm . Səhnəmizin Don Juanı , Knyaz Xasayı , kinomuzun Rasimi , Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru , Xalq artisti , Şöhrət Ordenli Rafael Dadaşov ömrünün 74 cü baharında dünyasını dəyişdi . Teatr və kino sənəti üçün bu xəbər çox ağır xəbər oldu , məndə öz növbəmdə özümə borc bildim ki , bu cür Sənətkar haqqında yazım . Həqiqətəndə Rafael Dadaşov sənətinin Sənətkarı idi . O təkcə gözəl aktyor yox həmçinində gözəl insan idi . Mən bu Sənətkar haqqında çox sözlər yaza bilərəm . Amma mən bu gün susacam onun son tamaşası Qoqolun “ Müfəttiş “ əsərində oynadığı Anton Pavloviç yəni bələdiyyə rəisi obrazı gələndə gözlərimin önündən getmir . O səhnəyə çıxan zaman tamaşaçılar onu alqışlarla qarşılayıb və tamaşanın sonunda elə bu cürdə alqışlarla yola salınırdı . Hər zaman tamaşa bitdikdən sonra o sevinclə səhnəni tərk edirdi . O sənət fədaisi , sənətini həddindən artıq sevən bir aktyor idi . Düzdür nə zamandır xəstəlikdən əziyyət çəksə də hər bir zaman üzündə gülüş var idi . Mən ayağa qalxıb hələ çox obrazlar oynayacam deyirdi . Bu gün o son dəfə tamaşanı oynadı o bu tamaşadakı rolunun öhdəsindən elə möhtəşəm gəldiki sənət yoldaşları onu itirdiklərini inanmadılar . O son tamaşasını oynadı və elə yaddaşlarda da Alen Delon , Don Juan , Hatəmxan ağa , Rasim və ən əsası Rafael Dadaşov kimi qalacaq . Nə qədər teatr və kino var Rafael Dadaşov yaşayacaq . Çünki Sənətkarlar ölmürlər daima yaddaşlarda və filmlərdə yaşayırlar . Allah sənə rəhmət eləsin Sənətkar .
Uğur Media olaraq mərhumun ailəsinə və sənət yoldaşlarına başsağlığı veririk .
Məqaləni yazdı Ənvər Məmmədov



Öz xəbərlərimiz  Tarix:   16 Mart 2020 / 19:18


« Əvvəlki xəbər (3665 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR