Tullantıların düzgün idarə edilməməsinə görə şirkət cəzalanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə “Şirvan Operating Company LTD” şirkətinin Azərbaycan filialının ərazisində tullantıların ətrafa atılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Əraziyə keçirilən baxış zamanı şirkətin ərazisində formalaşan bərk tullantıların qeyri-mütəşəkkil atıldığı, qanunvericiliyə uyğun idarə edilmədiyi, yeni neft quyusunun qazılması zamanı əmələ gələn tullantı sularının ətrafa axıdıldığı və qazma şlamlarının qəbul məntəqələrinə təhvil verilmədiyi müəyyən edilib.
Faktla bağlı akt və protokol tərtib olunaraq şirkətin Azərbaycan filialının hüquqi şəxs qismində cərimələnməsi üçün toplanmış materiallar məhkəməyə göndərilib.



Xəbərlər  Tarix:   18 Mart 2020 / 13:49


« Əvvəlki xəbər (3639 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR