Şəkinin mədəniyyət müəssisələrində dezinfeksiya işləri davam etdirilir

Şəkinin mədəniyyət müəssisələrində dezinfeksiya işləri davam etdirilir
93
18.03.2020
Ümumdünya Səhiyyə Təşkilatı koronavirus xəstəliyinə yoluxma hallarının artmasını, virusun coğrafiyasının genişlənməsini nəzərə alaraq etdiyi tövsiyələrə uyğun olaraq, Koronavirus (COVİD-19) infeksiyasının mədəniyyət müəssisələrində yarada biləcəyi təhlükənin qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üçün Şəki Regional Mədəniyyət İdarəsi üzrə Zaqatala, Qax və Şəki rayonlarının mədəniyyət müəssisələrində, o cümlədən Balakən rayon Tarix-Diyarşünaslıq Muzeyində, Zaqatala rayon Heydər Əliyev Mərkəzində, Rayon Mədəniyyət Mərkəzində, Mərkəzi kitabxana və onun şöbələrində, Tarix-Diyarşünaslıq muzeyində, Uşaq İncəsənət Məktəbində, Qax rayon C.Cabbarlı adına Mərkəzi Kitabxanada, S.Vurğun adına Mədəniyyət Mərkəzində, Tarix-Diyarşünaslıq Muzeyində, İsmayıl Dağıstanlının Xatirə Muzeyində, Rəsm Qalereyasında və Şəki Regional Mədəniyyət İdarəsinin İnzibati binasında dezinfeksiya işləri həyata keçirilib.
Dezinfeksiya işləri müvafiq qurumlarından dəvət olunmuş mütəxəssislər tərəfindən aparılıb.



Xəbərlər  Tarix:   18 Mart 2020 / 14:03


« Əvvəlki xəbər (3636 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR