Son vida Rafael Dadaşov ...

Bu gün gördüyüm mənzərə heçdə ürəyimcə olmadı . Mən Rafael müəllimi daima alqışlarla səhnəyə çıxan görürdüm, amma bu dəfə nədənsə o alqışlanmadı, sanki unutmuşdular onu . Bilmirəm mən belə ölümü o Sənətkara yaraşdırmadım . Niyəsini isə birazdan deyəcəm . İndi isə sizə bir az Rafael Dadaşov haqqında danışmaq istəyirəm . Rafael Dadaşov mənim uşaqlığımın aktyorudu . Gözümü açıb “ Ordan Burdan” tamaşasında jurnalist Həmid obrazıyla tanıdım . Mən o zaman onun oynadığı obraza valeh oldum . Sonradan mənim özümə nəsib oldu ki , o cür Sənətkarla birlikdə işləyim. Akademik Milli Dram Teatrında “ Don Juan “ tamaşası oynanılırdı. Rafael müəllim o tamaşada Don Juanın atası obrazını oynayırdı. O, elə gözəl oynayırdı ki, mən zaldan ona baxan zaman ona heyran olurdum . Heyranlığını əsas səbəbi isə o idi ki,bu cür nəhəng sənətkar kiçik bir obrazı necə məharətlə oynayırdı . Tamaşadan sonra mənə qismət oldu ki, mən Rafael müəllimlə görüşüb şəkil çəkdirdim və onun əlini sıxdım . Sonra Taleh elə gətirdi ki , mən o insanla yaxından tanış oldum . Məhərrəm Bədirzadə Rafael müəllim haqqında bir tamaşa çəkirdi daha doğrusu baş rolda Rafael Dadaşov idi mən Rafael müəllimi orda daha yaxından tanıdım , onunla söhbət etdim . Daha sonra mən hər zaman onu teatrda görəndə o nəhəng sənətkarla söhbət edirdim və onun danışdığından zövq alırdım . Heç yaddımdan çıxmaz AzDramada “ Müfəttiş “ tamaşası zamanı hava isti idi. Rafael müəllim məndən rica etdi ki ona su gətirim . Məndə sevə sevə bunu etdim . O, suyu içdikdən sonra mənə təşəkkür etdi . Çox sağol oğlum dedi . Bu gündə mən o insanın dəfninə gələn hər kəsə sanki təşəkkür etdiyini gördüm . Məni sayıb gəldiyiniz üçün hər birinizə təşəkkür edirəm . Üzülənlərdə oldu , şokda olanlarda hətta adi ölüm kimi qəbul edənlərdə . Hər kəsdən çox məni orda ən çox üzən amil Səidə Dadaşovanın ata deyib fəryad etməsi oldu . Bu nəhəng sənətkar sanki deyirdi ki, ağlama mənim balam mən qəlblərdə yaşayıram . Rafael müəllimə isə niyə bu cür ölümü yaraşdırmadım deyim.Məncə bir aktyor alqışlarla qarşılanıb elə alqışlarla da son mənzilə yola sasalınmalıdırDaha bu cür primitiv yox . Bəlkə nə zamansa sənin qədrini biləcəklər bəlkə nə vaxtsa deyəcəklər ki,kaş Rafael yaşayardı ,bu rolu o oynayardı amma sən olmayacaqsan . Yenidən tamaşaçı teatra “ Müfəttiş “ tamaşasına baxmağa gələcək, zalda zənglər vurulacaq və tamaşa başlanacaq,pərdələr açılacaq amma bu dəfə o tamaşada sən oynamayacaqsan . Çünki sən bu gün son tamaşanı oynadın özüdə həmişə olduğu kimi rolunu məharətlə ifa etdin . Tamaşanın adı “ Son vida “ oldu.Baş rolda Rafael Dadaşov oynayırdı . Bu dəfə nə səhnənin pərdəsi bağlandı nə də alqışlar oldu , sadəcə fəryad və ağlama səsləri oldu.Səni elə bu torpaq çərşənbəsində torpağa qoydular . Sənətkar yerin behişt olsun . Sən daima qəlblərdə yaşayacaqsan .
Bizdə Uğur Media olaraq bizdə özümüzə borc bildik ki , Sənətkarımızı son mənzilə yola salaq . Mərhumun ailəsinə və sənət yoldaşlarına baş sağlığı verir , Allah Səbr versin deyirik

Mətni yazdı : Ənvər Məmmədov



Öz xəbərlərimiz  Tarix:   19 Mart 2020 / 14:13


« Əvvəlki xəbər (1651 / 5316) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR