Oğuzda 12 yaşlı oğlanın parçalanmış meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında, meşəlik ərazidə 2008-ci il təvəllüdlü Məmmədli Cəbrayıl Vüsal oğlunun itkin düşməsi barədə məlumat daxil olub.
Modern.az xəbər verir ki, Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd edilən əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Axtarışlar nəticəsində oğlanın meyiti dağlıq-meşəlik ərazidə heyvanlar tərəfindən parçalanmış halda aşkar edilib.



Xəbərlər  Tarix:   22 May 2020 / 21:20


« Əvvəlki xəbər (3594 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR