"Heydər Əliyev fenomeni və Azərbaycanda insan hüquqları"

İyunun 5-də Şəki Heydər Əliyev Mərkəzinin, Ombudsmanın Şəki Regional Nümayəndəliyinin və Şəki şəhər Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev fenomeni və Azərbaycanda insan hüquqları" mövzusunda videokonfrans keçirildi. Konfransda Ombudsmanın Şəki Regional Mərkəzinin Nümayəndəliyinin rəhbəri Pərviz Məmmədov, Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Daşqın Mikayılov, Şəki İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Anar Məmmədov, Şəki Regional Mədəniyyət İdarəsinin Məsləhətçisi Samirə Qədirova, Şəki Heydər Əliyev Mərkəzlərinin əməkdaşları, eyni zamanda fəal gənclər iştirak ediblər.
Konfransda qeyd edib ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamız Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub. Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.
Bildirildi i ki, Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmiş, qanunvericiliyin formalaşdırılması prosesinə başlanılıb, 1998-ci il iyun ayının 18-də Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında ilk dövlət proqramı qəbul edilib. Demokratik, hüquqi dövlətin, qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 27 dekabr 2011-ci il tarixdə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" qəbul olunub. İnsan hüquqları aylığı çərçivəsində “Milli Fəaliyyət Proqramı”nın müddəalarına əsaslanmaqla, ölkəmizin bütün regionlarında dövlət qurumları, QHT, KİV-lər, beynəlxalq təşkilatlar və icmalar tərəfindən insan hüquqlarının effektiv müdafiəsinə yeni mərhələ açan, əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda müxtəlif maarifləndirmə tədbirləri və müzakirələr təşkil olunur.



Xəbərlər  Tarix:   8 İyun 2020 / 21:24


« Əvvəlki xəbər (3586 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR