May ayında 195-2 Çağrı Mərkəzinə 3700-dən çox müraciət olub

İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə daxil olan müraciətlər əsasən, ölkəmizdə pandemiyadan zərər çəkmiş sahibkarlara dövlətin maliyyə-iqtisadi dəstək tədbirləri, vergi güzəştləri və tətilləri, tibbi maska və spirtlə təminat, lisenziyaların verilməsi, güzəştli kreditlərin, investisiya təşviqi və təsdiqedici sənədlərin alınması mexanizmi, həmçinin Nazirliyin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.
Çağrı Mərkəzinə daxil olmuş müraciətlərin əksər hissəsi operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.



Xəbərlər  Tarix:   10 İyun 2020 / 00:35


« Əvvəlki xəbər (3575 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR