Ağac kəsən şəxs cəzalanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, Məzahir Rüstəmov küçəsində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Araşdırma zamanı sözügedən ünvanda obyektin genişləndirilməsi məqsədilə yüngül konstruksiyalı tikinti işləri aparılan zaman iydə ağacının kəsildiyi müəyyən edilib. Ərazidəki digər iki meyvə ağacının isə tikilinin içərisində qaldığı məlum olub.
Faktla bağlı obyektin sahibi Sənan Fətullayev barəsində protokol tərtib olunub və o, 2800 manat məbləğində cərimə edilib.
Tikinti altına düşən iki ağacın qorunması məqsədilə tikinti işlərinin dayandırılması üçün Xətai rayon İcra Hakimiyyətinə və Bakı şəhər Şəhərsalma Arxitektura İdarəsinə müraciət olunub.



Xəbərlər  Tarix:   11 İyun 2020 / 22:35


« Əvvəlki xəbər (1211 / 4931) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR