“15 İyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş onlayn rəsm müsabiqəsi başa çatıb

08-10 iyun 2020-ci il tarixlərdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “15 İyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş gənclər arasında onlayn rəsm müsabiqəsi keçirilib.
Gənclər çəkdikləri rəsmlərin fotosunu mobil telefon vasitəsilə rayon Gənclər və İdman İdarəsinin təyin etdiyi whatsapp nömrəsinə göndəriblər.
Müsabiqədə 17 nəfər gənc iştirak edib. Yekunda göndərilən fotolar mütəxəsislər tərəfindən qiymətləndirilib və nəticədə Quliyev Rəvan Tofiq oğlu 1-ci yerə, Məmmədov Elvin Sahib oğlu 2-ci yerə, Əliyev Bayram Ceyhun oğlu 3-cü yerə layiq görülüblər. Qalib gələn iştrakçılara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunacaq.



Xəbərlər  Tarix:   11 İyun 2020 / 21:58


« Əvvəlki xəbər (3570 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR