Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 352 yoluxma faktı qeydə alınıb, 210 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 8882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 4930 nəfər müalicə olunaraq sağalıb, 108 nəfər vəfat edib. Aktiv xəstə sayı 3844 nəfərdir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 362 654 test aparılıb. Bugünkü test sayı isə 6622-dir.



Xəbərlər  Tarix:   11 İyun 2020 / 22:29


« Əvvəlki xəbər (3566 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR