“Xoşbəxtliyin psixologiyası” adlı vebinar keçirilib

06 iyul 2020-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Xoşbəxtliyin psixologiyası” adlı vebinar keçirilib.
Vebinarda bildirildi ki, problem, çətinlik hər kəs üçün var. Dünyada problemsiz insan, demək olar ki, yoxdur. Həyatın qaydası belədir. Mövcud vəziyyəti dəyişə bilmiriksə, ona baxışımızı, yanaşmamızı dəyişə bilərik.
İnsan doğulduğu andan öləcəyi günə qədər daim hərəkətdədir. Kimisi uğur qazanmaq, yer tutmaq üçün dayanmadan çalışır, kimisə özünü həyatın axışına buraxır və ya başqasının gözəl həyatına baxıb köks ötürür. Ətrafında olan, arzuladığı və ondan çox-çox uzaqda olan həyatlar bəzilərinə daha da irəli getmək üçün stimul versə də, bir çoxlarına xəstəlikdən başqa bir şey vermir. İnsanların həyata qarşı narazılıqları onların səhhətinə də ciddi təsir göstərir.



Xəbərlər  Tarix:   7 İyul 2020 / 19:59


« Əvvəlki xəbər (1181 / 4932) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Neft 1%-dək bahalaşıb
14 İyun 2021 / 16:45