“LUKOİL” yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış hadisəsinin baş verib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində qısa zamanda yanğının yayılmasının qarşısı alınıb, yanğın saat 12:25-də söndürülüb.



Xəbərlər  Tarix:   13 İyul 2020 / 22:59


« Əvvəlki xəbər (1555 / 5316) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR