“İstedadını paylaş”

24 iyul 2020-ci il tarixdə “İstedadını paylaş” adlı onlayn müsabiqənin iştirakçılarının mükafatlandırılma tədbiri keçirilib.
Covid-19 pandemiyası ilə əlaqədar respublikada tətbiq edilmiş karantin dövrü müddətində gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və istedadlı gənclərin aşkar edilməsi məqsəd ilə 10-15 iyul 2020-ci il tarixlərdə elan olunmuş “İstedadını paylaş” adlı onlayn müsabiqənin iştirakçıları Naftalan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Samir Qocayev tərəfindən diplom və qiymətli hədiyyələr ilə mükafatlandırıldılar. Belə ki, onlayn səsvermənin nəticələrinə əsasən 1-ci yer Məmmədova Afaq, 2-ci yer Əmirov Amid Şirazi oğlu və 3-cü yer Nəsirov Məhəmməd Aydın oğlu Diplom və qiymətli hədiyyələr ilə mükafatlandırılıblar. Digər 5 nəfər iştirakçıya isə müsabiqədə fəal iştirakına görə Təşəkkürnamə təqdim edilib.
Sonda, müsabiqənin 1-ci yer üzrə qalibi Məmmədova Afaq hazırladığı əl işini idarəyə hədiyyə etdi.



Xəbərlər  Tarix:   29 İyul 2020 / 01:03


« Əvvəlki xəbər (3507 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR