"Barselona" - "Napoli" oyunu neytral meydanda keçirilə bilər

"RAC1"ə istinadən xəbər verir ki, UEFA İspaniyada koronavirusun yayılması səbəbindən görüşün Barselonada oynanılmamasını düşünür.
Qeyd olunub ki, UEFA Səhiyyə Departamentinə koronavirusla bağlı yaranan vəziyyətlə bağlı müraciət edib. Əgər departament oyunun matç iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu bildirsə, yeni məkan axtarılacaq.
Qarşılaşmanın yeri ilə bağlı yekun qərar həftənin sonuna kimi veriləcək.
Xatırladaq ki, "Barselona" - "Napoli" görüşü avqustun 7-i keçiriləcək. Bu komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb.



Xəbərlər  Tarix:   30 İyul 2020 / 15:02


« Əvvəlki xəbər (1518 / 5316) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR