Müəllimlərin işə qəbulu

İmtahanlarla bağlı məlumatlar artıq şəxsi səhifələrə göndərilir
Cari ilin avqust ayının 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək.
14-17 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib.
Həmin tarixlərdə fizika, fransız dili, rus dili və biologiya fənləri üzrə test imtahanı keçiriləcək. Digər fənlər üzrə imtahan məlumatları növbəti günlərdə hissə-hissə mütəmadi olaraq şəxsi səhifələrə göndəriləcək.
Təhsil Nazirliyi test imtahanlarında iştirak edəcək hər bir namizədə uğurlar arzu edir!



Xəbərlər  Tarix:   10 Avq 2020 / 23:22


« Əvvəlki xəbər (1501 / 5306) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR