İNSAN HÜQUQLARI KOMİTƏSİ PAYIZ SESSİYASI ÜÇÜN ZƏNGİN İŞ PLANINI TƏQDİM EDİB

Sentyabrın 17-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. Komitə sədri Zahid Oruc iclası açaraq yeni sessiya münasibəti ilə deputatları təbrik edib, onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayıb. Sonra bildirilib ki, gündəliyə komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabat, 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsi, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) daxil edilib.



Xəbərlər  Tarix:   18 Sen 2020 / 01:08


« Əvvəlki xəbər (3447 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR