Xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi keçirən şəxslər müəyyən edilib

Səbail rayonunda yerləşən restoranlardan birində bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi keçirmələri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılıb.
Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə sentyabrın 14-də keçirilən ad günü məclisinin təşkilatçısı, Abşeron rayon sakini Günel Dəmirova və onun 6 nəfər rəfiqəsi, restoran işçilərindən 4 nəfər müəyyən olunub.
Məclisdə iştirak edən şəxslər və restoranın işçiləri karantin qaydalarını pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.



Xəbərlər  Tarix:   18 Sen 2020 / 02:18


« Əvvəlki xəbər (1083 / 4932) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Neft 1%-dək bahalaşıb
14 İyun 2021 / 16:45