Nazirlər Kabinetinin 343 №li Qərarına dair İZAH

Aqrar sahədə subsidiyaların verilməsi qaydaları Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 759 №li Fərmanı ilə tənzimləndiyi üçün Nazirlər Kabinetinin analoji funksiyaları yerinə yetirən iki Qərarı ləğv edilib.
Bunlar aşağıdakılardır:
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2007-ci il 25 iyun tarixli 103 nömrəli Qərar;
“Şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 2 avqust tarixli 311 nömrəli Qərar.
Dəyişikliyin əhəmiyyəti ondan ibarətdir ki, aqrar subsidiyalardan istifadə edən və bu sahədə çalışan vətəndaşlar vahid sənəd əsasında fəaliyyət göstərəcəklər.



Xəbərlər  Tarix:   18 Sen 2020 / 11:02


« Əvvəlki xəbər (3437 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR