”Narkomaniyaya qarşı mübarizə hər birimizin işidir”

18 sentyabr 2020-ci il tarixində Sabirabad, Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı, İmişli, Beyləqan rayon və Şirvan şəhər gənclər və idman idarələrinin təşkilatçılığı ilə ”Narkomaniyaya qarşı mübarizə hər birimizin işidir” mövzusunda regional onlayn tədbir keçirilib.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 26 avqust 1996-cı il tarixdə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında “ Fərman imzalanmaqla ölkəmiz narkomaniya kimi bəlanın kökünün kəsilməsi istiqamətində beynəlxalq mübarizəyə qoşulmuş, bu sahədə zəruri qanunvericilik bazası yaradılıb.
Çıxış edənlərdən Saatlı rayonundan Ayşən Ələkbərova, Beyləqan rayonundan Elnur Səfərov, Şirvan şəhərindən Rövşən Mehrəliyev, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev bildiriblər ki, regionda Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya, yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın qarşısının alınması istiqamətində təsdiq edilmiş plana uyğun ardıcıl tədbirləri rayon Polis İdarələri, təhsil müəssisələri, RİH başçısının kənd və qəsəbələr üzrə nümayəndəlikləri, qeyri - hökümət təşkilatları, Gənclər və İdman İdarələri ilə birgə həyata keçirib.



Xəbərlər  Tarix:   18 Sen 2020 / 22:29


« Əvvəlki xəbər (3430 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR