“Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara edilən dəyişiklik

Nazirlər Kabinetinin 346 №li Qərarına dair İZAH
Ссылка Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 104-VIQD nömrəli Qanunu ilə “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara edilən dəyişikliklərə əsasən xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə dövlət rüsumu ləğv olunmuş, əvəzində isə məbləği respublika Nazirlər Kabineti tərəfindən təsdiq edilən xidmət haqqının ödənilməsi müəyyən edilmişdir.
Bununla əlaqədar olaraq “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda dəyişiklik edilərək aşağıdakı bənd əlavə edilib.
“Azərbaycan Respublikasında xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici dövlətlərdə verilən təhsil haqqında sənədlərin tanınması sahəsində göstərilən xidmətlərə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir”.



Xəbərlər  Tarix:   21 Sen 2020 / 23:40


« Əvvəlki xəbər (1487 / 5352) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR