Cəbhədəki gərginlik dövründə Talışlar da bizim yanımızdadır.

Talışlar Azərbaycanın cənub-şərqində əsasən Lənkəran, Astara, Lerik və qismən Masallı az sayda Yardımlı rayonu ərazisində,yaşayan insanları təşkil edir.
Onlar cəbhədəki gərginlik zamanı xeyli sayda könüllü olaraq cəbhəyə döyüşə yollandılar. Ölümün gözünə dik baxaraq heç bir etnik azlıqların çaxnaşmasının olmadığını sübut etdilər.
Qarabağa dəstəklərini hər mənada həm könüllü şəkildə əsgər kimi, həm də ordumuza könüllü şəkildə azuqələr apararaq göstərdilər.
Onlar "Talışlar oyaqdır, Qarabağa dayaqdır" şüarını hər dəqiqə hər an səsləndirib bununla qürur duyurlar.
Torpaqlarımızın alınma xəbərləri gəldikcə hər kəs kimi Talışlar da sevinc göz yaşlarına boğulur və qürur hissi keçirir.
Qeyd edək ki, Cəbhə bölgəsində gedən döyüşlərdə iştirak edən Talışların sayı hesabı yoxdur. Çünki bugün hamı birdir və birlik zamanıdır!
Yaşasın Azərbaycanın qüdrətli ordusu. Orduda xidmət edənlər və könüllü qatılan bütün əsgərlər, və Talışlar!



Öz xəbərlərimiz  Tarix:   5 Okt 2020 / 15:23


« Əvvəlki xəbər (1418 / 5326) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR