Pakistanlı siyasətçilərdən Azərbaycana növbəti dəstək

Pakistan İslam Respublikası Senatının Xarici Əlaqələr Komitəsinin sədri Senator Müşahid Hüseyn Seyyid tərəfindən rəsmi “Tvitter” hesabında Azərbaycana dəstək ifadə edən paylaşım edilib.
Bu barədə “Report”a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.
Paylaşımda deyilir: “Pakistan, Azərbaycanın Ermənistanın təcavüzünə qarşı özünümüdafiə hüququndan istifadə etdiyi üçün hər zaman bu ölkənin yanında olub, necə ki, Azərbaycan da Cəmmu və Kəşmir əhalisinin öz müqəddəratını təyinetmə hüququ ilə bağlı Pakistanın mövqeyini dəstəkləyir. Hər iki məsələ ilə bağlı BMT qətnamələri hələ də icra edilməyib”.
Eyni zamanda Pakistanın əsas müxalifət partiyalarından biri olan Jamiat Ulama İslamın rəhbəri Maulana Fazlurrahman tərəfindən Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadəyə ünvanlanmış məktubda deyilir: “Zati-Aliləri, Jamiat Ulama İslam Pakistan erməni təcavüzünə qarşı hazırkı müharibədə qardaş Azərbaycan hökumətinə, xalqına və silahlı qüvvələrinə tam dəstəyini çatdırır. Jamiat Ulama İslamın Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğuna, Azərbaycanın öz ərazilərinə hakim olmaq və xarici qüvvələri öz torpağından çıxarmaq üçün qanuni hüquqa sahib olduğuna inamı qətidir. Hazırkı vəziyyətdə Pakistan Azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə dayanır və ən əziz dostumuz olan igid Azərbaycan xalqının Prezidentinə və xalqına tam dəstəyini ifadə edir. Cəsur Azərbaycan xalqını təcavüzkar Ermənistana qarşı şücaətli müharibəyə görə yüksək təqdir edirik”



Xəbərlər  Tarix:   6 Okt 2020 / 14:12


« Əvvəlki xəbər (1032 / 4947) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR