QARABAĞ AZƏRBAYCANDIR!

Azərbaycan ən çox yaşın sənin nələr çəkmiş başın sənin. Həqiqətən də sənin yaşın çoxdur. Tarixin ta bizim eradan əvvələ gedib çıxır. Tarixi boyu müxtəlif adlarla adlandırılmısan Manna, Atropatena ( Adərbayqan), Albaniya adlandırılmısan. Bu tarixi boyu başın çox şeylər çəkib. Əhəmənilərin, Sasanilərin, ərəblərin,rusların və hətta Osmanlıların əsarəti altında olmusan. Tarixi boyu hər zaman qəhrəman sərkədələrin olub. Cavanşir, Babək, Koroğlu, Qaçaq Nəbi, Şah İsmayıl Xətai, Nadir şah, Cavad xan və Pənahəli xan kimi igid sərkərdələrin var. Səndən ötrü can verməyə cümlə hazırız, səndən ömrü qan tökməyə cümlə qadiriz. Minlərlə can qurban oldu, sinən hərbə meydan oldu hüququndan keçən əsgər hərə bir qəhrəman oldu. Bu sözləri boş yerə yazmadım həqiqətən deyildiyi kimi uğurunda canından keçən hər kəs qəhraman oldu. Üç rəngli bayrağınla Məsud yaşa Azərbaycan. Sənin 20 yanvar şəhidləri kimi, Mübariz İbrahimov, Fərid Əhmədov, Aprel şəhidləri kimi sənin azadlığın uğrunda canından keçən igid oğulların var.
Mən boş yerə bunları sadalamadım. Mən istərdim bilməyənlər üçün qısacada olsa xatırladım Vətənim Azərbaycanın başına nə bəlalar gəlib. 1990 cı il yanvarın 19 zundan 20 sinə keçən gecə Qırmızı Ordu Azərbaycan xalqına divan tutdu. O gecə Bakıda qan su yerinə axırdı. Amma o günün sabahısı bütün Bakı sənin üç rəngli bayrağına büründü. O gün hamı qürurla uğrunda canından keçən qızlarını, oğullarını indiki Şəhidlər xiyabanında dəfn etdilər. O günü sən azad oldun Vətən. Bundan sonra başın çox bəlalar çəkdi torpağının 20 %- ni Erməni dığaları işğal etdi. Tarix boyu Pənahabad, Şuşa adlandırılan Qarabağ xanlığını nə rus generalı Zubov və Sisianov nə də Ağa Məhəmməd şah Qacar işğal edə bilmədi. Amma bu erməni dığaları nəinki işğal etdi hətta işğalla kifayətlənməyib faşistlərin etmədiyi vəhşilikləri etdilər. 1992 – ci il fevralın 25 dən 26 sına keçən gecə Xocalıda ağlısığmayan, insanlığa yaraşmayan soyqırım törətdilər. Tarixi Xocalı Soyqırımı kimi yazıldı. Erməni qəsbkarları yada ən yaxşısı belə deyim Erməni vəhşiləri Xocalı sakinlərinə divan tutdular. Mən sizə soyqırımda iştirak edən cəllad Zori Balayanın dediyi sözləri xatırladacam. Aşoka mən bir evə girdim orda hər kəsi öldürdük. Sonra isə sağ qalan balaca bir türk uşağının dərisini soydum gördüm ki qanı axan uşaq 5 dəqiqədən sonra öldü. Başqa bir erməni isə bunları deyib : Mən bir atanı diri – diri övladlarının gözü önündə yandırdım onun qızını əsgərlərimə hədiyyə verdim. Bax budur erməni vəhşiliyi budur erməni vandalizmi. Bundan sonra Ermənilərin Azərbaycana təcavüzü davam etdi. Ulu Öndər hakimiyyətə gəldikdən sonra Azərbaycanda Ordunu gücləndirdi. Ermənilərlə atəşkəs rejimini bərpa etdi. Ulu öndərdən sonra bunu Cənab Prezidentimiz İlham Əliyevdə davam etdirdi. O bütün Avropaya Erməni vəhşilikdən danışdı. Hətta Justice for Khodjaly yəni Xocalıya ədalət kompaniyasını başlatdı. Bütün dünya və Dünya birliyi Ermənilərin vəhşiliklərinə bilə - bilə göz yumdular. Halbuki Ermənilər özləri bu vəhşilikləri etiraf etmişdilər. O zaman orduda xidmət edən Zori Balayan, Serji Sarkisyan özıəri Xocalıda etdikləri vəhşilikləri dünyaca məşhur olan jurnalistlərə etiraf etmişdilər. Zori Balayan ingilis jurnalisti ilə danışdığı zaman biz Serjiklə bir evə girdik O evdə hər kəsi öldürdük qundağda bir türk uşağının ağlayırdı mən onu susdurmaq üçün anasının döşünü kəsib uşağının ağzıa tıxadım uşağın səni tamam kəsildi. Onlar hətta əsirlikdə olanlarla neçə davrandığlarınıda dedilər. Amma yenədə Dünya birliyi adlandırdığımız BMT qətnamələr versədə heç bir xeyri olmadı. Cənab Prezundentimiz İlham Əliyev tribunadan Qarabağ Azərbaycan torpağıdır desədə Ermənilər BMT – nin qətnamələrini icra etmədilər əksinə daha da azğınlaşıb Dağlıq Qarabağ Qondarma Respublikası yaratdılar. Buna da Dünya birliyi susdu. Dinmədi. Daha sonra Ermənilər Qondarma Soyqırım deyə hayqırdılar. Bütün dünya Azərbaycandan və Türkiyədən başqa bu Qondarma Soyqırımı tanıdılar. Ermənilər bununlada kifayətlənmədilər. Onlar atəşkəsi dəfələrlə pozub cəbhəyanı ərazilərdə təxribatlar törətdilər. Bu təxribatlar dəfələrlə ordumuz tərəfindən zərərsizləşdirildi. Dinc əhaliyə atəş açdılar. Daha doğrusu hədəfləri cbhəyanı ərazidə yaşayan dinc əhali oldu. Mənə ən çox təsir edən Füzulinin Alxanlı kəndində yaşayan Sərvinaz nənə ilə nəvəsi balaca Zəhranın öldürülməsi oldu. Mən öz - özümə dəfələrlə sual versədə sualım cavabsız qaldı axı görəsən bunu edən Erməninin öz övladı yoxdurmu? Onun vicdanı sızlamadımı. Sonradan xatırlafım ki, Xocalıda balaca uşağları dəmir Boçkaryeva qoyub ağzını svarkalayıb üzərinə benzin töküb yandıraraq dağdan yuvarlanan erməni-daşnak ə vicdanmı olar. Prezidentimiz Zəhra və nənəsini öldürülməsi barədə dəfələrlə dünya ictimaiyyətinə məlumat versədə yenədə BMT və ATƏT bu vəhşiliyədə göz yumdular. Sözün əsil mənasında bütün Avropa buna susdu. Bircə qardaş ölkə Türkiyə buna biganə qalmadı. Mən bayaq boş yerə Mübarizə və Fəridin adlarını çəkmədim. 2010 cu ildə Mübariz İbrahimov düşmənlə döyüşü zamanı onları məhv etmiş sonradan isə özü düşmən tərəfindən qətlə yetirilmişdir. Fərid Əhmədovda həmçinin.Lakin düşmən bundan sonrada susmadı, dayanmadı daha da azğınlaşdı.2016 cı ilin aprel ayında daha bir təxribat törətməyə cəhd etdi yenədə ordumuz tərəfindən zərəsizləşdirildi hətta ordumuz bu dəfə Lələtəpəni və Cocuq Mərcanlını işğaldan azad etdi. Buda onlara dərs olmadı. Biz artıq yetər Bəsdi bəlkə dərs olar dedik hakimiyyəti dəyişən Ermənistan dəfələrlə torpağlarımızı qaytarmasını bildirsədə buna əməl etmədi. Əksinə yeni hakimiyyət Nikol Paşinyan yenidən daha bir çirkinliyə əl atdı. İlk öncə Şuşada arsız arsız yallı oynayıb əsəblərimizi tarıma çəkdi daha sonra isə tribunadan Qarabağ Ermənistandır deyib nöqtə qoysada. Cənab Prezidentimiz həmin tribunadan Qarabağ Azərbaycandır deyib nöqtədən sonra bir nida işarəsi qoydu. Yəni hələ hər şey bitməyib dedi. Ermənistana buda dərs olmadı. İyul ayının 12 si daha bir təxribata elə ataraq Tovuz rayonuna hücuma keçdi və bu zamanda məğlub olaraq itkilər verdi.Polad Həşimov kimi generalımızı səngərdə və digər igid oğullarımızı itirdik. Dedik bəlkə bu dəfə Ermənilərə bu dərs olar amma əksinə bu dəfə onlar hərbi təlimlər keçirdi hətta Paşinyanın xanımı Şuşada əlinə silah alıb Azərbaycan əsgərinə tuşladığı zaman həddini aşdı. Prezindentimiz dəfələrlə tribunalarda çıxışında zamanı Ermənistanın müharibəyə hazırlaşırlar desədə yenədə başda BMT olaraq bütün Avropa buna susdu. Sentaybrın 28 indən etibarən Ernənilərin daha bir təxribatına son qoyaraq müdafiə olunaraq hücuma keçib işğal altında olan bir neçə torpaqlarımızı azad etdi. Ali baş komandanın dediyi kimi Azərbaycan ordusu Erməniləri iti qovan kimi torpaqlarımızdan qovur. Amma onlardan fərqli olaraq biz dinc əhaliyə atəş açmırıq orduyla vuruşuruq. Orduları isə silahları atıb qaçır və dinc əhalisinə atəş açaraq onları hədəfə alırlar.
Azərbaycanın üçrəngli bayrağı hal hazırda işğaldan azad olunmuş ərazilərində Suqovuşanda, Cəbrayıl rayonunda Aşağı və Yuxarı Əbdüırəhmanlıda, Çayırlıda, Talış kəndində Mehrilidə, Murov zirvəsində və. S.ərazilərində dalğalanır. Bunun hamısı Ali Baş Komandan İlham Əliyev cənablarının və Azərbaycanın Rəşadətli ordusunun sayəsindədir. İrəli Azərbaycan ordusu irəli! .... Zəfər səninlədir.


Yazan: Ənvər Məmmədov



Öz xəbərlərimiz  Tarix:   7 Okt 2020 / 12:34


« Əvvəlki xəbər (3374 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR