İcra şövbəsi öz işini niyə icra etmir?

Uğurmedia xəbər informasiya agentliyinin bu dəfə işıqlandiracağı problem Həsənova Sevda Şahbaz qızının hüquqi məsələsidir. Beləki artıq əli hər yerdən üzülən Sevda xanım bizə sığınmış və öz hüquqlarının qorunmasında bizdən kömək istəmişdir. Bizdə öz növbəmizdə bu məsələ ilə yaxından tanış olaraq araşdırmalara başladıq.
Sevda xanımın ailə həyatında problem yaşandığı üçün boşanmış və yeganə övladı üçün aliment kəsdirmisdir. Lakin uşağın atası Mirzəyev Fuad Qaryağdı oğlu alimenti ödəməmişdir. Bununla bağlı Sevda xanımın aliment işinə Nərimanov rayon icra və probasiya söbəsinin əməkdaşlarıda bu işə baxmamış və Binəqədi rayon icra başçısı və probasiya şöbəsinin öhdəliyinə buraxmışdır. Xanımın şikayəti hər iki dövlət orqanında cavabsız qalmışdır. Bir ildir ki, Nərimanov rayon icra şöbəsinin icra məmuru Zaur Abdullayev və Binəqədi rayon icra şöbəsinin icra məmuru Ələddin Hüseynov Sevda xanımın müraciətini cavabsız qoymuşdur. Borcu ödəməli olan “ata” haqqında bir il müddətində heç bir tədbir görülməmişdir. Hətta icra şöbəsi Uğurmedia əməkdaşlarını və Sevda xanımı ələ salmış,bu məsələ ilə bağlı heç bir köməklik göstərməmişdir.
Binəqədi rayon icra və probasiya söbəsi Uğurmedia əməkdaşları ilə birlikdə borcu almaq üçün Mirzəyev Fuadın evində olmuşlar və akt tərtib etmişlər. Buna baxmayaraq Mirzəyev Fuadla bağlı nə həbs qərarı nədə borcun alınmasına nail olunmamışdır.
Uğurmedia Sevda xanımın evində olmuş, onun vəziyyəti ilə maraqlanmışdır. Qeyd edek ki, Sevda xanım kirayədə yaşayır. Və səhhəti ilə bağlı onun iş qabiliyyəti olmadığı üçün demək olar ki özü və övladı iflic bir şəraitdə yaşayır.
Binəqədi rayon icra və probasiya nümayəndəsi bu işi Nərimanov rayon icra və probasiya nümayəndəliyinə Nərimanov rayon icra və probasiya nümayəndəliyi isə Binəqədi rayon icra və probasiya nümayəndəliyinə ötürərək Sevda xanımı get-gələ salaraq ələ salmışdır.
Biz dəfələrlə şahidi olmuşuq ki, 1 cı Vitse Prezidentimiz Mehriban xanım Əliyeva alimentlə bağlı çıxışları zamanı vəzifədə olan məmurlarımızın vətəndaşlara qayğı ilə yanaşmalı, onların problemlərinin həll olunmasında əllərindən gələn köməkliyi göstərmələrini söyləmişdir.
Həm Uğurmedia həmdə vətəndaşın adından Ədliyyə naziri Cənab Fikrət Məmmədovdan xaiş edirik ki, hər iki icra və probasiya məmuru ilə bağlı ciddi tədbir görəsiniz. Biz inanırıq ki, bu xəbər ictimailəşəndən sonra hər iki şəxsə cəza tətbiq ediləcək. Və vətəndaşın problemi öz həllini tapacaq.
Və bizdə Uğurmedia olaraq həmən şəxslərə tətbiq olunan cəzanı və vətəndaşın şikayətinin həllini ictimailəşdirərək işıqlandıracağıq.
Təsisçi Tərlan Qocaoğlu



Hüquqi yardım  Tarix:   8 Okt 2020 / 18:12


« Əvvəlki xəbər (1038 / 4966) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR