İşğalçını dəstəkləyən Almaniya Azərbaycanın haqqını tapdayır

Danışıqlar, atəşkəs rejimi fayda vermədiyindən Azərbaycan işğal altında olan torpaqlarını əks-hücumla azad etməyi qərara aldı. Azərbaycanın ərazi bütövüyünü təmin edib, bir milyondan çox məcburi köçkün vətəndaşını öz evlərinə qaytarmaq cəhdini beynəlxalq vasitəçilər birmənalı qarşılamır. Baxmayaraq ki, 30 ildir onların fəaliyyətsizliyi səbəbindən Azərbaycan torpaqları Ermənistanın işğalı altında qalıb.
Yaranmış vəziyyətə uyğun olaraq təbii belə bir sual yaranır: Almaniya və Fransa da daxil olmaqla həmin vasitəçilər Azərbaycanın ərazi bütövlüyünün təminini istəmir?
Heç bir qədim tarix və s. araşdırmadan qeyd edək ki, müstəqilliyini bərpa edəndə həmin dövlətlər Azərbaycanı 86,6 min kv km-lik ərazi ilə tanıyıblar. Bu, o deməkdir ki, işğal altında olan Dağlıq Qarabağ və ətrafyanı 7 rayon Azərbaycanındır. SSRİ dağılan ərəfədə və ondan sonra həmin əraziləri havadarlaı və himayədarlarının yardımı ilə Ermənistan Dağlıq Qarabağ və ətraf rayonları işğal edib. 30 ilə yaxındır onu öz nəzarət altında saxlayır.
Sentyabrın 27-də başlayan döyüşlərin əsas hədəfi beynəlxalq ictimaiyyətin, iddia etdiyi kimi, dinc yoll həll edə bilmədiyi münaqişəni Azərbaycan daha sərt və radikal yoll həll edir.
Həmin dövlətlər Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını istəmir?
Əks-hücum əməliyyatlarına qarşı daha çox Almaniya və Fransa canfəşanlıqla çıxış edir. Belə nəticəyə gəlmək olar ki, onlar “münaqişənin həllinə hərbi yolla nail nail oluna bilməz” deməklə işğalçı Ermənistanı və onun cinayətini müdafiə edir, dəstəkləyirlər.
Düz bir ilə əvvəl, 2019-cu il sentyabrın 14-də Almaniya parlamentinin sədri Volfqanq Şoyble “Report”un Avropa bürosuna bildirmişdi ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq normaların tələb etdiyi şərtlərə sadiqdir və münaqişənin tezliklə sülh yolu və ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasını istəyir”.
O qeyd etmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli regionda sabitliklə bağlı zəmanətin güclənməsi deməkdir: “Azərbaycan Almaniyanın strateji tərəfdaşıdır”.
20-ci əsrdə Almaniya və Fransa iki dünya müharibəsinin ən fəal iştirakçısı olublar. Hər ikisi yeni ərazilər işğal etmək uğrunda müharibə edib, işğalçılığa qarşı mübarizə aparıblar. Belə bir sitəmdən çıxan dövlətlərin tarixdən ibrət götürməməsi, işğalçını müdafiə etməsi, ona heç bir sanksiya tətbiq etməməsi çox gülünc və acınacaqlı görünür.
Almaniya və Fransanın işğalçılığı, törətdikləri soyqırımlar inkaredilməzdir. Görünür, Almaniya və Fransa rəsmiləri dövlətlərinin tarixi keçmişlərinə haqq qazandırmaq üçün Ermənistanın işğalçılığını bu yolla müdafiə edirlər.
Həmin dövlətlərin rəsmilərinin bəyanatlardan, irəli sürdükləri təkliflərdən ancaq təəssüflənmək olar.
Almaniyanın Xarici İşlər naziri Heiko Maas Qarabağda davam edən döyüşlərlə bağlı açıqlama yayaraq bildirb ki, guya Ermənstan danışıqlara hazırdır, Azərbaycan tərəfi buna cavab verməyib : “Əgər bu ölkə atəşkəsə razı olmasa, biz onlara təzyiq göstərməliyik”.
Halbuki atəşkəsi istəyini Azərbaycan tərəfi heç vaxt rədd etməyib. Bunun üçün başlıca şərt torpaqların işğaldan azad edilməsidir.
30 ildir Ermənistana işğalçılığına görə bir cümləlik təzyiq göstərilməyib. Ermənilər Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin heç birinə əməl etməyib. Nəinki əməl etməyib, beynəlxalq hüquqa əsasən qəbul olunan bu sənədi yox sayır.Beynəlxalq təhlükəsizliyi və sabitliyə təminatçı rolunla çıxış edənlər indiyədək bu sənədi heç yada da salmırlar.
Azərbaycan Avropa İttifaqının “Şərq tərəfdaşlığı” layihəsinə üzv dövlətlərdən biridir. Bu layihənin patronu sayılan Almaniya rəsmiləri münaqişənin həllində gücsüzlüklərini dəfələrlə etiraf edib. Bildiriblər ki, münaqişənin həlli Rusiyanın əlindədir. Bu gün Rusiya münaqişənin dinc yolla həlli tərəfdarı olsa da Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsinə Almaniya və Fransa kimi hiddətli görünmür.
Xatırladaq ki, "Şərq tərəfdaşlığı"nın təəssübkeşləri Polşa və İsveçdir. Bu layihə 2008-ci ildə Aİ-nin Brüsseldə keçirilən sammitində təsdiqlənib. 2009-cu ilin mayında isə Praqada rəsmi olaraq təsis edilib. Bu proqramın məqsədi Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanı Avropa İttifaqına yaxınlaşdırmaqdır.
Almaniyanın perspektivdə ittifaqa üzv tərəfkeşləri arasında belə ayrı-seçkilik etməsi indidən Azərbaycan ictimaiyyətində bu birliyə mənfi münasibət formalaşdırır.
Bu il iyunun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində iştirak edib.
O, tədbirdəki çıxışnda bildirib: “... İki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır. Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır...”.
Azərbaycan Xarici İşlər Nazirliyi də AFR-in Xarici İşlər naziri Heiko Maasın yuxarıda qeyd etdiyimiz mövqeyinə münasibət bildirib: “... Təəssüflə onu da qeyd edək ki, ATƏT-in və Minsk Qrupunun üzvü kimi Azərbaycanın dəfələrlə Almaniyaya müraciət etməsinə baxmayaraq, Almaniya tərəfindən münaqişənin həlli istiqamətində xüsusi fəallıq göstərilməmişdir.Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədində Aİ-nin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi təsbit olunmuşdur. Aİ-nin aparıcı ölkəsi olan Almaniya sanki bu sənəddən xəbərsizdir...”.
Nazirlik sənəddə daha sonra Almaniya Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını təmin etmək üçün Ermənistana təzyiqlər göstərməyə, ədalətli mövqe tutmağa çağırıb.
Beləliklə, Azərbaycan torpaqlarının azad edilməsini istəməyən, buna mane olan dövlət(lər), rəsmi şəxs(lər) işğalçı Ermənistan qədər cinayət törədir. Belə qənaətə gəlmək olar ki, həmin qüvvələri Ermənistanı işğalçılıq cinayətinə əvvəlcədən sövq edib, indi də onun arxasında dururlar.
Ancaq torpaqlar azad edilmədən atəşkəsin elan etmək bölgənin təhlükəsizliynin təhdid edilməsinə yol verməkdir. İşğalçı Ermənistanı dəstəkləməklə həmin qüvvələr bölgədə əməkdaşlığa, demokrtatiyanın inkişaf etməsinə, inteqrasiyaya mane olurlar. Odur ki, Ermənistanın başını sığallayıb, Azərbaycanı təzyiqlərlə hədələmək ikiüzlülük, cinayətə ortaqlıqdır. Bu isə əməkdaşlığı, ədaləti önə çəkən mədəni dünyaya yaraşmır. Onlar bu əməlləri ilə guya Ermənistanı Rusiyanın nüfuz dairəsndən çıxaracaqlarına nail olmaq istəyirlər, həm də xristian həmrəyiliyi göstərirlər. Bu cür düşünənlər çox sadəlövhdürlər. Azərbaycan olmayan yerdə Ermənistan və Gürcüstan ola bilməz. Bunu da qərar qəbul edənlər reallıq hissini itirməməsi üçün bir cümlə yazıb, düşünmək üçün işarə verdik. Arif olan yetər.



Xəbərlər  Tarix:   9 Okt 2020 / 12:44


« Əvvəlki xəbər (3359 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR