"Qarabağ"ın sabiq qapıçısı Gəncədə törədilən terror aktına reaksiya verdi

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə "Qarabağ"ın sabiq oyunçusu İbrahim Şehiç də biganə qalmayıb.
"Report"un məlumatına görə, hazırda Türkiyənin "Konyaspor" komandasında çıxış edən bosniya və herseqovinalı qapıçı bununla bağlı özünün "Facebook" səhifəsində paylaşım edib.
32 yaxşı qolkiper üzərində "Pray for Ganja city" ("Gəncə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşıb.
Qeyd edək ki, İbrahim Şehiç "Qarabağ"ın formasını 2015 - 2018-ci illərdə geyinib.



Xəbərlər  Tarix:   12 Okt 2020 / 10:34


« Əvvəlki xəbər (3346 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR