Şəhidlik mənim üçün ən uca zirvədir.

Belə bir deyim var Vətən uğrunda ölən varsa Vətəndir. Bəli bu həqiqətən belədir. Tarixi boyu Vətən uğrunda canından keçən oğullarımız çox olub.
Uğurmedia xəbər və informasiya agentliyinin 1 ci müavini Suzanna Bilal qızı və Zaqatala rayonunun xüsusi bölgə müxbiri Nəbiyeva Sevil Ramazan qızı Zaqatalalı şəhid Xəlilov Nicat Əli oğlunun dəfn mərasimində iştirak etmiş və ailəsinə dərin hüzünlə baş sağlığı veriblər.
Azərbaycan xalqının haqq savaşı zamanı mənfur düşmənin cəbhədə törətdiyi təxribatlara bir dəfəlik son qoymaq üçün Azərbaycan respublikasının prezidenti, Ali baş komandan Cənab İlham Əliyevin döyüş əmrinə qəlbində Vətən və millət sevgisi olan hər bir gəncimiz kimi Nicatda könüllü olaraq cəbhəyə yollandı.
Dövlətlər arası razılaşma əsasında qəbul edilən humanitar atəşkəsə məhəl qoymayan bu erməni vəhşiləri Azərbaycanın dinc əhalisini və mülki şəxsləri qəddarcasına atəşə tutur və öz acizliyini bir daha sübut etdirir.
Bu cəbhədə gedən qızğın döyüş zamanı Zaqatala Rayon Muğanlı kənd sakini Xəlilov Nicat Əli oğlu ağır yaralanaraq şəhid olur. Bu xəbər bütün Zaqatalıları onun ailəsini dərindən sarsıdır. Lakin onlar oğullarının bu igidliyi ilə qürur hissi duyurlar.
Elə bu xəbəri eşidər eşitməz mən öz insanlıq və vəzifə borcumu yerinə yetirmək üçün şəhidimizin dəfn mərasiminə getdim,ailəsinə baş sağlığı verdim. Şəhid anasına nə sual verəcəyimi doğrusu bilmədim. Lakin Ana məğrur bir duruşla :
- Qızım Vətən sağ olsun dedi.
- Bu sözlər məni dahada qürurlandırdı.
Nicat öz həqiqi hərbi xidmətini uğurla başa vurmuşdur. Sonra orduya dəstək olmaq üçün ilk könüllü orduya yazılanlardan biri olmuşdur. Döyüşlərdə uğurla iştirak etmiş lakin qəhrəmancasına şəhid olmuşdur.
Uğurmedia olaraq Vətən müharibəsində Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Şəhidlər ölməz Vətən bölünməz!!!
YAZAN Suzanna Bilalqızı



Öz xəbərlərimiz  Tarix:   13 Okt 2020 / 13:58


« Əvvəlki xəbər (3339 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR