Öz məsuliyyətini dərk etməyən ata

Hər dəfə yeni məqalə yazarkən şikayətçinin həyatını sanki özüm yaşayırmış kimi , diqqətlə və məsuliyyətlə yazıram. Son dövrlərin ən qlobal məsələlərindən olan nikahın ləğvidirki, buda gündəlik həyatımızın demək olar ki,bir hissəsinə çevrilib.
Elə bu gün danışacağımız məsələdə Uğurmedia xəbər və informasiya agentliyinə müraciət edib dərdini danışan Hüseynova Rəqsanə xanımın vaxtında alimentin alına bilməməsidir.
02.05.2003-cü ildə qeyri-rəsmi halda ailə həyatı quran Hüseynov Rəcəb Hüseynəli oğlu və Hüseynova Rəqsanə Süleyman qızı xoşbəxt olmaq üçün həyat yolunda addımlayırdılar. Onlar 25.02.2004-cü ildə ovladları dünyaya gələcəyi üçün rəsmi nikaha daxil olurlar. Və 28.03.2004-cü il tarixində övladları dünyaya göz açır.
Lakin zaman keçdikcə həyatın enisli yoxuşlu yollarında budrəyən bu ailə artıq boşanma həddinə çatır. Baxmayaraq ki , onların bir övladı var ...
Beləliklə ailə 06.07.2011-ci ildə İmişli rayon məhkəməsində nikahı ləğv edərək yollarını ayırırlar. Rəqsanə xanım tək övladı üçün 50 manat məbləğində sabit aliment kəsdirmişdir. Daha sonra uşağın tələbatları artdıqca ana məhkəməyə yenidən üz tutaraq 17.12.2011-ci il tarixində müraciət edərək alimentin 160 manat olmasını tələb etmiş,və qətnamə qəbul etdilərək aliment 50 manatdan sabit olaraq 160 manata qaldırılmışdır.
Lakin Hüseynov Rəcəb Hüseynəli oğlu 2017-ci ildən alimentin qalan borclarını odəməmisdir. Rəqsanə xanımın yaşayış şəraitini və çətin vəziyyətdə yaşamasını nəzərə alaraq İmişli rayon icra və probasiya sovbəsinin rəisinə Ugurmedia xəbər və informasiya agentliyi adından xaiş edirik ki, bu məsələ ilə bağlı yaxından maraqlanıb. Rəqsanə xanımın borclarının qaytarılmasında öz koməklıyınızı göstərəsiniz.
Lakin 3 ay keçsədə İmişli rayon icra və probasiya şöbəsi bu işə baxmayaraq Rəqsanə xanımı və Uğurmedia əməkdaşlarını ələ salmışdır.
Rəqsanə xanım və Uğurmedia xəbər və informasiya agentliyinin adından Cənab nazir Fikrət Məmmədova yazaraq xahiş edirik ki, həm Rəqsanə xanımın işinə baxılsın həm də İmişli rayon icra şöbəsinin rəisi Osmanov Samir haqqında ciddi tədbir görülsün. Və bütün icra şöbələri buna baxıb özünə örnək götürsün.
Bizdə bu işin uğurlu nəticəsini Uğurmedia xəbər və informasiya agentliyi olaraq ictimayətə çatdıraq.
Təsisçi Tərlan Qocaoğlu



Hüquqi yardım  Tarix:   19 Okt 2020 / 10:41


« Əvvəlki xəbər (1348 / 5316) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR