Müharibə usaqları

Uşaqlar evin güzgüsü və gələcəyidir. Uşaq çox gözəl bir varlığdır.
Deyirlər uşaq hansı evə gəlirsə ilk öncə özündən qabaq ruzisini gətirir. Əslində bu məqaləni yazmaqda əsas məqsədim dünyada baş verən müharibələr zamanı zərər çəkən uşaqların dilindən bütün dünyaya səslənməkdir. Müharibələr zamanı ən çox zərər çəkənlər a nahar və uşaqlar olur. Niyə məhz onlar bu sualın cavabını hələdə tapmaq çox çətindir. Alman alimi Fridrix deyirdi ki, müharibə dövlətləri güclü edirsə insanları bədbəxt edir. Onlar ya şikəst olur yada Vətən uğrunda şəhid. Müharibənin kökünü açsaq daha doğrusu araşfırsaq ki, insan öldürməyi hardan öyrənib. Belə bir nəticəyə gəlmək olar ki insan bunu Habil və Qabildən öyrənib, daha doğrusu Habildən, çünki Habil bir qıs q anclıq ucbatından öz qardaşı Qabili öldürdü. Beləliklədə insanlar öldürməyi öyrəndilər. 2 ci dünya müharibəsi zamanı və ondan sonra zərər çəkən yalnız uşaqlar oldu onların çoxusu ya atasız yada anasız qaldı. Bəs bu uşaqların günahı nədir?. Bu həyatda tək günahsızlar hələ heç bir şeyi dərk etməyən balaca uşaqlardır. Onlar hələ yeriməyi, qaçmağı yeni öyrənmişkən, ata və ana sözləri deməyi yenicə öyrənərkən müharibələrin qurbanı oldular. Heç yadımdan çıxmaz. İsrail və Fələstin müharibəsi zamanı balaca bir uşaq uçulub dağılmış evlərin arasında öz atasını və anasını axtarırdı. O balaca hələ nəyin baş verdiyini dərk etmirdi. Atasını və anadını tapmayan balaca qızcığaz əsgərlərə tərəf gedib ağlaya – ağlaya öz dilində onlara nəyisə başa salmaq istəyirdi. Amerikan jurnalistlərindən biri o zaman belə bir məqalə yazmışdır. Məqalənin başlığı hələdə ağlımdan çıxmayıb « Əsgərlərə yalvaran balaca qızcığaz yazısı jurnalist öz yazısında deyirdi ki, Fələstində balaca bir qızcığaz əsgərlərə yaxınlaşıb ağlayaraq, qəzəblə öz dilində nəsə deyirdi Mən onun dediklərini anlamasamda gözlərindəki nifrəti və çarəsizliyi görürdüm. . O qızcığaz gözləri ilə deyirdi ki axı mənim günahım nədir ki, Məni atasız və anasız qoyduz. Təxminən 1 saat qızcığaz çarəsiz vəziyyətdə ətrafda gəzirdi. Dağıntılar arasından ilk öncə atasının və sonra anasının cəsədlərini görən qız əsgərlərə yaxınlaşıb sizi Allaha şikayət edəcəm dedi. O zaman mən nəyin baş verdiyini anladım.
O qızcığaza yaxınlaşıb onu sakitləşdirmək istədim. Lakin bacarmadım o elə sizi Allaha şikayət edəcəm deyirdi.
Bu o uşağın bəşəriyyətə və müharibəyə üsyanı idi. Bu hadislər mənim Vətənimdədə baş verir.Xocalı, Gəncə, Tərtər, Naftalan və Ağdərə günahsız yerə öldürülən uşaqlar... hər iki valideynini itirən uşaqlar,bütün doğmalarını itirən uşaqlar. Bütün bunları törədən erməni cəlladları, erməni vəhşiləri, erməni vandallarıdır. Niyə vəhşi? Çünki özünə insan deyən heç kim bu vəhşilikləri edə bilməz. Uşaqların hamısını bir çəlləyə yığıb çəlləyin ağzını qaynaqlayıb edib üzərinə benzin tökərək yandırıb dağdan yuvarlamağı heç faşistlər belə ağıllarından keçirməzdi. Hələ bu son deyil uşaq ağlamasın deyə anasının döşünü kəsib uşağın ağzına tıxayıb öldürənlərə, uşağın dərisini soyanlara, Hər iki valideynini öldürənə nə ad vermək olar.Əslində onlara vəhşidə demək düzgün deyil, vəhşiləri təhqir etməmək üçün. Çünki vəhşilər daha mərhəmətlidir.
Erməni vandalları tərfindən öldrülən Zəhra çox balaca idi. Hələ ata, ana, nənə və baba sözlərini belə deyə bilmirdi. Onu öldürməkdə məqsəd nə idi. Axı o məsum idi.... Hələ bu dünyada heç kəsə bir pislik etməyən balaca körpəni öldürmək kimə lazım idi. Bax bu sualın cavabını heç kim bilmir bunu törədən qatillərdən başqa. Hər kəs bu vəhşiliyədə susdu hətta Dünya birliyi adlandırılan BMT - də susdu.
ktyabr ayının 11 də və 17 sində Gəncə camaatı düşmən təxribatının qurbanı oldu. Bu təxribat zamanı Gəncəyə atılan raket nəticəsində 24 nəfər öldü 86 nəfər yaralandı. Xocalı qətliamında olduğu kimi bu qətliamdan 2 uşaq hər iki valideynini itirdi.
Sevilin, Hüseyinin, Mələyin, Bəxtiyarın, Nurayın, Nigarın, Şəhriyar və Fidanın günahı nədir? Dünya birliyi susur göz yumur bütün bunlara. Sizlər susun amma mən susmayacam bu vəhşiliklərə. O balaca fələstinli qızcığazın dediyi kimi mən də sizdən Allaha şikayət edirəm. Qoy o özü cəzanızı versin. Balaca Hüseyinin dediyi kimi onlar mənim atamı və anamı şəhid etdilər. Bu hadisəni nə balaca Hüseyin, nə onun bacısı Sevil nə də Bəxtiyarla, Məryəm unutmayacaq. Bu onların yaddaşına həkk olacaq. Onlar bu travma ilə böyüyəcəklər, intiqam hissi ilə yaşayacaqlar. Xocalıdakı uşaqlar kimi. 28 il bundan əvvəl doğmalarını itirən Xocalı uşaqları düşməndən intiqam alacaqlarına və bura yenidən qayıdacaqlarına and içmişdilər. Bu gün həmin uşaqlar tank belində əllərində silahla düşməndən doğmalarının günahsız insanların intiqamını layiqincə alırlar. Düşmən isə onlardan qorxduğu üçün mülki əhalinin canına qəsd edir. Siz isə Dünya Birliyi BMT, ATƏT və digər Avropa ölkələri hələdə susun. Bax necə yatmısızsa eləcədə yatın. Allah sizə rəhmət eləsin ey diri olan Ölülər.

Jurnalist : Ənvər Məmmədov



Öz xəbərlərimiz  Tarix:   19 Okt 2020 / 11:54


« Əvvəlki xəbər (3319 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR