Prezdentin uzaqgörən siyasəti - “Xudafərin” və “Qız Qalası” su bəndi

Torpaqlarımızın işğaldan azad edilməsi həm də Azərbaycanın dövlət təhlükəsizliyi baxımından mühümdür. İndiyədək separatçılar işğal altında olan torpaqlarda narkotik bitkilər becərib, qanunsuz fəaliyyətlərlə məşğul olublar. Onlar bu əməlləri ilə həm də İranın təhlükəsizlliyini təhdid ediblər.
Qeyd edək ki, 1994-cü il martın 17-də İrana məxsus “C 130” sərnişi təyyarəsi işğal altında olan Dağlıq Qarabağın hava məkanında Ermənstan tərəfindən vurulmuşdu.
Onda İranın Moskvadakı səfirliyindən bildirilmişdi ki, aviaqəza nəticəsində təyyarədə olan bütün şəxslər, 9-u uşaq olmaqla 19 sərnişin və 13 ekipaj üzvü həlak olub. Təyyarənin göyərtəsindəki sərnişinlər səfirliyin ailə üzvləri və əməkdaşları imiş.
Ordumuzun əks-hücum əməliyyatları nəticəsində İranla sərhədboyu ərazinin bir hissəsi işğaldan azad edildikdən sonra Cəbrayıl rayonu , o cümlədən Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırılıb.Bu, hərbi baxımdan strateji uğur, tarixi ədalətin bərpası, xalqımızın öz mədəniyyət incilərina sahib çıxması olmaqla yanaşı, həm də İranla Azərbaycan arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, bölgənin sosial-iqtisadi inişafına mühüm təkan verəcək hadisədir.
Bu hadisə Azərbaycan Prezident İlham Əliyevin tapşırığı ilə imzalanan müqavilənin tarixi əhəmiyyətini də göstərdi.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 23-də İran İslam Respublikasına rəsmi səfəri zamanı hər iki dövlət başçısının verdiyi tapşırığa müvafiq olaraq, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin mətni razılaşdırılıb və imzalanıb. Sənədi Azərbaycan-İran hökumətlərarası Komissiyasının həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi imzalayıblar.



Xəbərlər  Tarix:   20 Okt 2020 / 10:59


« Əvvəlki xəbər (1326 / 5306) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR