Həkim-Əsgər

Bu gün sizə Həkim stomatoloq Rüstəmov Bəhruz İlqar oğlu haqqında danışacam. Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə bir çox Azərbaycan övladı kimi Bəhruz həkimdə könüllü olaraq qatılıb. Bəhruz həkim 1989-cu il sentyabrın 30da Füzuli rayonunda anadan olub orta məktəbi əla qiymətlərlə başa vuran qəhrəmanımız Azərbaycan Tibb universitetinin stomatologiya fakültəsinə daxil olur və 2012ci ildə Tibb universitetini bitirir bir çox tanınmış klinikalarda Həkim-Stamatoloq kimi fəaliyyət göstərməyə başlayır. Vətənin dar günündə bir Füzulili olaraq rahat yerdə oturub işləməyi özünə sığışdlrmayan həmdə ona yaxın və doğma olan General Polad Həşimovun Şəhadətindən sonra Bəhruz 27 sentyabr 2020-ci il tarixində könüllü olaraq Füzuli rayonunda ön cəbhəyə Əsgərlərimizlə çiyin çiyinə olub öz peşəsini cəbhə xəttində davam etdirməyə yollanır. Bəhruz evlidir və iki balaca körpəsi evində onun yolunu gözləyir. Ümidvaram ki Bəhruzun bu addımı bir çox Azərbaycan gəncinə nümunə olacaq.Biz Bəhruz kimi qardaşlarımızla fəxr edirik. Belə gəncləri olan dövlət əsla məğlub olmaz. Allah səni və səni timsalında bütün Əsgərlərimizi qorusun Amin inşəAllah. Qarabağ Azərbaycandır!!!
İctimai Əlaqələr Şöbəsinin Müdiri Mətanət Akifqızı



Öz xəbərlərimiz  Tarix:   22 Okt 2020 / 19:30


« Əvvəlki xəbər (1317 / 5326) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR