Günün qəhrəmanı

Vətən mənə oğul desə nə dərdim
Mamır olub qayasında bitərdim
Doğurdan da dahi şairimiz Məmməd Araz gözəl deyib. Məncə hər kəs
Vətəndaş ola bilər amma sözün əsil mənasında Vətən oğlu ola bilməz. Elə mənim qəhrəmanım Azərdə bu cür Vətən oğullarından biridir. Azər 1990 – cu ildə noyabrın 5 – ində Bakı şəhərində dünyaya gəlib. Daima vətənpərvər ruhda böyüyüb. Vətənin anlamının nə olduğunu, anlayan vətən oğludur. 1997 ci il 35 nömrəli orta məktəbə daxil olub, 2005 ci il oranı bitirib. Oranı bitirdikdən sonra Nizami rayon 5 nömrəli kimya – biologiya litseyinə daxil olub. 2008 ci ildə litseyi bitirib Anadolu universitetinin Azərbaycandakı iqtisadiyyat ixtisasının idarəetmə fakültəsinə daxil olub. Təhsilini yarımçıq qoyub özü könüllü olaraq hərbi xidmətə gedib. Hərbi xidməti başa vurduqdan sonra kiçik bizneslə məşğul olmağa başlayıb.
Əslən Tovuz rayonundan olan Azər həmin oğullardandır ki, hal hazırda Vətənin bu haqq mübarizəsi zamanı əsgərlərə yardım etmək və onlara dəstək olmaq üçün dostları ilə birlikdə ön cəbhəyə gedib. Azər dostları ilə birlikdə Azərbaycan əsgərlərinə həm maddi həm mənəvi yardım edir.Onlar döyüşə gedən zaman yemək bişirir hətta onlarla çiyin - çiyinə qəhrəmancasına döyüşür. Mənim yadıma gəlir ki, Azərlə söhbətim əsnasında soruşdum ki, şəhid olmaqdan qorxursan? dedi ki mənim üçün şəhidlik zirvəsi ən uca zirvələrdən biridir.
Azər sənə tutduğun bu şərəfli yolda can sağlığı arzu edirəm, sənə və əsgərlərimizə qələbə ilə sağ salamat evə gəlməyini arzulayıram.
İctimai əlaqələr şöbəsinin müdiri
Mətanət Akifqızı.



Xeyriyə işləri  Tarix:   24 Okt 2020 / 19:22


« Əvvəlki xəbər (1330 / 5352) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR