4S şirkətinin kollektivindən Silahlı Qüvvələrə Yardım Fonduna 25 000 manat

Azərbaycanın kənd təsərrüfatı texnikaları təklif edən 4S şirkətinin kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna 25 000 manat köçürüb.
Bununla paralel olaraq şirkət sentyabrn 27-dən etibarən gündəlik olaraq döyüşlərin aktiv getdiyi bölgəyə İvanovka çörək zavodunda istehsal edilən yüksəl kalorili çörək, eyni zamanda dərman, yağmurluq və isti geyimlər, gigiyena vasitələri, gec xarab olan qida məhsulları və sair tələb olunan ləvazimatların göndərilməsini təşkil edir, o cümlədən bütün texniki parkını silahlı qüvvələrin istifadəsinə təqdim edir.
4S artıq Almaniyanın kənd təsərrüfatı sahəsində ixtisaslaşmış ekspertlərinin iştirakı ilə işğaldan azad edilmiş vətən torpaqlarının əkin prosesinə hazırlılığı sahəsində layihələrin müzakirəsinə start verib. Şirkət böyük qürur hissi ilə, işğaldan azad edilmiş ərazilərdə müasir aqrar sektorun qurulmasında bütün texniki və digər resurları ilə aktiv rol oynayacaq.
Qarabağ Azərbaycandır! Qələbə Bizimlədir!



Xəbərlər  Tarix:   26 Okt 2020 / 11:44


« Əvvəlki xəbər (3263 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR