Şəhidlik ən uca zirvədir

Ugurmedia xəbər və informasiya agentliyi daima Cənab prezidentimiz, Ali baş Komandanımız Cənab İlham Əliyevin uzaq görən siyasətini dəstəkləyir. Və bizdə bu yolda daima öz öhdəmizə düşən vəzifələri uğurla və şərəflə yerinə yetiririk.
Ugurmedia xəbər və informasiya agentliyinin hüquqi xidmətləri daima vətəndaşların köməyinə çatır dəfələrlə hüquqi xidmətdə, hüquqşünaslarımız nikahın ləğv olunmasının barışıqla həllinə də nail olmuşdular. Ümid varıq ki, hüquq işlərimiz daima hər kəsə yararlı nəticələrini göstərəcək.
Sərhəddə gedən bu gərgin vəziyyətdə Uğurmedia xəbər və informasiya agentliyinin xüsusi bölgə müxbiri olan Kazımov Rantiq Fizuli oğlu könüllü olaraq ordu sıralarına yazıldı və ölümün gözünə dik baxaraq Vətənini xalqını qorumağı seçdi. O döyüşlərdə çox aktiv iştirak etdi və qəhrəmancasına şəhid olmuşdur. Buda Uğurmedia xəbər və informasiya agentliyinin hər zaman Vətən üçün xalq üçün canından belə keçməyə hazır olan əməkdaşlarının olduğuna sübutdur.
Kazımov Rantiq Fizuli oğlunun ailəsinə dərin huzun hissi ilə baş sağlığı veririk. Biz əməkdaşımızla daima fəxr etmişik bu gündə Uğurmedia xəbər və informasiya agentliyinin dövləti, torpaqları yolunda canından keçən bir şəhidi olduğu üçün qürur duyuruq.
Əməkdaşımız Kazımov Rantiqin simasında Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik. Şəhadətin mübarək olsun Şəhidim !!!
Cənab Prezidentimiz İlham Əliyevdən sitat - Qarabağ Azərbaycandır!!!
Təsisçi Tərlan Qocaoğlu



Öz xəbərlərimiz  Tarix:   26 Okt 2020 / 12:21


« Əvvəlki xəbər (3259 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR