Tərtərə atılan “Smerç” raketi rayonun Buruc kəndinə düşüb

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini “Smerç”lə atəşinə tutub.
"Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir ki, saat 18:15-də düşmən tərəfindən atılan “Smerç” rayonun Buruc kəndinin ərazisinə düşüb.
Xoşbəxtlikdən həmin vaxt ərazidə heç kəs olmayıb.
Lakin kəndin su xətti sıradan çıxıb.
Hazırda əraziyə Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları cəlb edilib.



Xəbərlər  Tarix:   27 Okt 2020 / 11:05


« Əvvəlki xəbər (1268 / 5306) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR