“Ermənistan hücumlarla işi bitirmək istəyən tərəfdir”

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik partiya toplantısında Azərbaycan barədə çıxış edib.
“Qafqazinfo” xəbər verir ki, Ö. Çelik işğaldan azad olunan torpaqlara görə xoşbəxt olduğunu bildirib. O, Ermənistan hücum edərkən səsi çıxmayan, erməni terrorçularına dəstək verənləri qınayıb:
“Ermənistan diplomatik, siyasi müzakirə istəməyən, hücumlarla işi bitirmək istəyən tərəfdir. Ermənistan Azərbaycanın mülki şəxslərinə atəş açır. Hücum nəticəsində 63 nəfər həlak olub, 298 mülki vətəndaş xəsarət alıb. Şəhidlərə rəhmət, yaralılara şəfa diləyirik.



Xəbərlər  Tarix:   28 Okt 2020 / 11:39


« Əvvəlki xəbər (1258 / 5316) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR