Hikmət Hacıyev diplomatlara həmrəyliyə görə təşəkkür edib

“İndi diplomatik korpus və beynəlxalq media nümayəndələri ilə Tərtərə gedirik”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hazırda Bərdə şəhərində olan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Hərbçilərin dediyi kimi, erməni tərəfi Tərtərin şəhərətrafına hücum edir. Ancaq diplomatik korpuslar könüllü olaraq Tərtərə - Azərbaycanın Stalinqradına getməyə qərar veriblər. Həmrəylik üçün təşəkkürlər”, - o əlavə edib.



Xəbərlər  Tarix:   29 Okt 2020 / 12:16


« Əvvəlki xəbər (3223 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR