Nəhayətki dünya oyandı

Dünən Fransada iki nəfərin başını kəsiblər. Bayaqdan bütün Avropa kanalları bundan danışır və buna bir ad qoyurlar. Terror.... Yaxşı 2 nəfərin ölümü terrordusa onları əgər dedikləri kimi müsəlman terrorçuları öldürübsə o zaman Erməni dığlarının etdikləri nədir? Niyə bu vaxta qədər yatan və susan Avropa indi niyə oyanıb. Bunun bir cavabı var Fransa Azərbaycan deyil və orda öldürülənlərdə müsəlman deyil. Bəs yaxşı Amerika Əfqanıstanı, İsrail Fələstini bombardman edən zaman bu Avropa dövlətləri hardaydı. İndi bar bar bağıran Rusiya və Amerika kanalları hardaydı niyə bu terroru törəndənlərə bir söz demirdilər. Niyə Ermənistan Xocalıda qətliam törədəndə niyə heç kim danışmırdı. Hardaydı onda bu kanallar ölmüşdü. Yox yaşayırdı sadəcə onlara bu olanları işıqlandırmaq isdəmirdilər. İşıqlandırıb nə deyəcəkdilər. Deyəcəkdilər ki, ay dünya baxın xristian olan erməni Azərbaycanlı müsəlmanları qırır, başlarını kəsir. Gözlərini çıxarır, uşaqlarını öldürür. Yaxşı Fransada baş verən insanlıq əleyhinə terrordusa o zaman Gəncədə, Bərdədə, Goranboyda baş verənlər nədir terror deyil. Hə bağışlayın kefli İskəndər bir az ədəbsizlik etdi sizə cavabı verilməyən sual verdi. Vallah dahi M.F.Axundzadə özünün “ Müsyo Jordan və Dərviş Məstəli şah “ əsərində Parisi partlatmağla gözəl bir mesaj verib. Əsərdə deyildiyi kimi Ay xanım qoy Paris partlasın ordakı qadınlarla kişilər min cür hoqqalardan çıxırlar. O vaxt Axundzadə bunu Parisdə baş verən inqilaba görə yazmışdı. Görəsən indi Axundzadə sağ olsaydı nə yazardı. Axundzadənin bilmirəm amma mən yazacam. Fransa Prezidentinin xanımı deyəndə ki uşaqlar hicablı xanımlardan qorxurlar və ya Makaron özü Erməni terroruna bəraət qazandıranda bilmirdi ki, nəticəsi belə olacaq. Həyat bumeranq kimidir nə qədər ki sən terrora susacaqsan o qədər də terror gəlib səni tapacaq. Ona görədə atdığın hər bir addımı düşünərək atmalısan əziz Emanuel Makron. Danışanda bilməlisən ki, nə danışırsan. Bax indi səni və xalqını Gəncədə və Bərdədə günahsız yerə öldürülən insanların ahı tutub. Siz susduz onlara qarşı törədilən terrora amma Allah susmadı. Allah məzlumun ahını həm bu dünyada həm də o biri dünyada verir. Atalar gözəl deyib alma məzlumun ahını çıxarır ahəstə - ahəstə.
Ənvər Məmmədov.



Öz xəbərlərimiz  Tarix:   30 Okt 2020 / 16:54


« Əvvəlki xəbər (861 / 4947) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR