Keçmişə səyahət

- Salam
+ Salam
- Məhərrəm Bədirzadə
+ Bəli
- Məhərrəm Bədirzadə özünü öz bildiyi kimi təqdim etsin oxucularımıza
+ 1967-ci ildən Azərbaycan Tele Radio Qapalı Səhmdar Cəmiyyətində faiyyət göstərən ali dərəcəli rejissor, Əməkdar incəsənət xadimi, “Qızıl Dərviş” mükafatı və “Sənətkar” medalının sahibi Bədirzadə Məhərrəm Əlisəftər oğlu.
- Məhərrəm müəllim bu yarım əsirlik fəaliyyəti zamanı nələr qazandı, və nələr itirdi....?
+ Həfif bir təbəssüm və içdən bir ah! Şükür Allaha qazandıqlarım itirdiklərimdən çoxdur. Ən çox şükür edirəmki saf ailəm 2 qız övladım və nəvələrim var.
- Telivizyanın qızıl fondunda 50-dən çox film və tamaşanın müəllifisiniz. Sizcə bunları tamaşaçıya sevdirən nədir?
+ Gülür Sənətinə sevgi ilə yanaşmaq Mən sənətimi nazladım sevdim və sevgi ilə rəng qatdım bütün film və tamaşalarıma.
- M. F. Axundzadənin “Lənkəran Xanının Vəziri”, A. P. Çexovun “Elçilik” və “Yubiley” İ. Əfəndiyevin “Qaçaq Süleyman”, və bir çox film və tamaşalarınız var hətta, Elçinin “Sarı Gəlin” tamaşasına görə “Azərbaycanın bütövlüyü uğrunda” cəmiyyətinin təsis etdiyi “Qızıl Qılınc” mükafatına layiq görülmüsünüz. Bu gün sizə verilən dəyərdən razısınız?
+ Yenə gülür və Qısaca cavab verir şükür bu günümə buna həsrət qalanlarda var.
- Bu yaşda ki Məhərrəm Bədirzadə 17 yaşda olan Məhərrəm Bədirzadə ilə qarşılaşsa idi nə məsləhət verərdi və hansı səhvi etmə deyərdi?
+ Əslində mən aktyor olmaq istəyirdim ama atam qoymadı gənc Məhərrəmlə qarşılaşsam sevdiyin peşəyə get deyərdim. Düşünməyin ki, rejissorluqdan şikayyətlənirəm xeyr qurduğum film və tamaşaları içimdə özüm yaşayıram.
- Sizinlə görüşümüz müharibə şəraitinə təsadüf etdi. Bununla bağlı fikirlərinizi bildirin sizcə Qalibiyyət bizə yaxındır?
+ Sevinir elə bil üzündə nur parlayır.... Əlbəttə qızım nəqədər ki Azərbaycan Respublikasının başında Ali Baş Komandan İlham Əliyev durur Azərbaycan əsla yenilməyəcək və bu haqq mübarizəmizdə Qələbə çalacaq. Sonda bunu demək istəyirəm Qarabağ Azərbaycandır!
MƏTANƏT AKİFQIZI



Öz xəbərlərimiz  Tarix:   4 Noy 2020 / 14:42


« Əvvəlki xəbər (854 / 4966) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR