Şuşaya qayidiriq

Sən belə deyildin əzəl ay Şuşa nə qədər gözəlsən gözəl ay Şuşa. Şuşam sən artıq azadsan! Gözün aydın Pənahəli xan, gözün aydın İbrahimxəlil xan Şuşa artıq azaddır. Artıq tarix bizi bağışlayacaq. Salam olsun sənə Xan qızı Natəvan, salam olsun sənə ey Vaqif, salam olsun sənə Üzeyir bəy, Xan əmi Bülbül. Salam olsun sənə Şuşa.
Şuşa şəhərinin təməli 1752 – ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. Dövrünə görə Şişə, Şüşə və sonradan isə Şuşa adlandırılmışdır. Strateji baxımdan dağlıq ərazidə yerləşdiyi üçün Pənahəli xan burda Pənahabad adlı bir qala tikdirib. Bu qala sonradan Şuşa qalası adlandırılıb. Rus generalları Sisianov, Zubov, İran şahı Ağa Məhəmməd şah Qacar nə qədər Şuşaya hücum etsədə oranı öz əsarətinə ala bilməmişdi. Şuşa təkcə tarixi abidələrlə deyil ədibləri ilədə məşhurdur. Natəvan, Xan əmi, Üzeyir Hacıbəyov və Bülbül kimi ədiblərin var Şuşam.
8 may 1992 – ci ildə Şuşanın dağlarının baçını qara buludlar aldı. Erməni dığaları Şuşanı işğal etdi. Düz 28 ildir ki sən hayların əsarətindəydin. Düz 28 il Erməni dığaları Azərbaycan xalqını Qarabağsız, Şuşasız qoymuşdu. Biz artıq 28 il idi ki Şuşa həsrəti çəkirdik. Amma artıq o həsrətə son qoyuldu. Bu yaxınlarda Qondarma Dağlıq Qarabağın hay prezidenti deyirdi ki, Şuşa getsə başıma güllə çaxacam. Biz bu sözü çoxdan eşitmişik. İndi mən o günü səbirsizliklə gözləyirəm. Araik Araturyan indi başına gülləni vur. Şuşa artıq bizdədir.
8 noyabr 2020 – ci ildə Azərbaycanın Rəşadətli ordusu Şuşa şəhərini işğaldan azad etdi. Var ol Azərbaycan ordusu, əsgəri. Var ol Ali Baş Komandan. Var ol tarixi yazan sərkərdəm, əsgərim var ol!
Şuşa biz qayıdırıq ! Torpağını öpməyə gəlirəm Şuşam. Şərqin musiqi diyarına sənə gəlirəm Şuşa!. Bir söz yazırdım Qarabağ azad olunmayana qədər heç bir Azərbaycanlının ölməyə haqqı yoxdur. Amma indi deyirəm ki, Şuşaya getməyənə qədər heç kimin ölməyə haqqı yoxdur. İndi azadsan Şuşa. Qarabağ Azərbaycandır!...
Ənvər Məmmədov



Öz xəbərlərimiz  Tarix:   9 Noy 2020 / 12:30


« Əvvəlki xəbər (3155 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR