Alimlər COVID-19 ilə mübarizə üçün effektiv maddə əldə edib

ABŞ-dakı Pitsburq Tibb Məktəbinin mütəxəssisləri lamaların orqanizmindən koronavirusa qarşı güclü antikor fraqmentləri ayırmağa müvəffəq olublar.
“Report” xəbər verir ki, bu barədə “Science” jurnalı yazıb.
İşin əsasını lamanın SARS-CoV-2 virusunun “sünbül” zulalının enjektə edilməsinə reaksiyasının öyrənilməsi təşkil edib. Alimlər virusun lama bədəninə yeridilməsindən iki ay sonra onun immunitet sisteminin SARS-CoV-2-yə qarşı yetkin nanokorlar ifraz etməyə başladığını müəyyənləşdiriblər.
Daha sonra alimlər SARS-CoV-2 ilə ən güclü şəkildə birləşən nanokorları təyin ediblər. Onlar lamanın digər antikorlarına nisbətən daha təsirlidir.
“Nanokor” adlanan lama antikorları insan antikorlarından xeyli kiçikdir və koronavirusu daha yaxşı zərərsizləşdirir. Bundan əlavə, onlar sabitliyi ilə xarakterizə olunur. Gələcəkdə onlardan COVID-19-un müalicəsi üçün dərmanlar yaradılmasımnda istifadə edilə bilər.



Xəbərlər  Tarix:   11 Noy 2020 / 11:52


« Əvvəlki xəbər (3144 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR